AZ

Təhsil haqqı dövlət tərəfindən ödənilən insanların əhatə dairəsi genişləndiriləcək (FOTO)

Bakı. Trend:

Aprelin 24-də Milli Məclisin Elm və təhsil komitəsininvideokonfrans formatında növbəti iclası keçirilib.

Trend bu barədə Milli Məclisəistinadən xəbər verir.

İclası açan komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyəüçüncü oxunuşda olan iki qanun layihəsi - “Təhsil haqqında” Qanundadəyişiklik edilməsi barədə və “Şəhid adının əbədiləşdirilməsi vəşəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasınınləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmişvətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlarhaqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilindəköçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş vəvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsihaqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərinhüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunlayihələri daxil edilib.

Qanun layihələri barədə məlumat verən komitə sədri qeyd edib ki,hər iki sənədə təklif olunan dəyişikliklər mahiyyətcə eynidir. O,bildirib ki, dəyişikliklər ölkə Prezidenti cənab İlham Əliyevinaztəminatlı təbəqələrdən olan və sosial müdafiəyə xüsusi ehtiyacıolan şəxslərin təhsilə əlçatanlığını təmin etmək siyasətinə uyğunolaraq bu kateqoriyadan olan insanların əhatə dairəsinigenişləndirəcək.

Komitə sədri deyib ki, müzakirəyə təqdim olunan “Təhsilhaqqında” qanuna təklif edilən dəyişikliklərdə təhsilmüəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulansosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin tam dairəsi müəyyənedilib.

İkinci qanun layihəsində isə sosial müdafiəyə xüsusi ehtiyacıolan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə onlarıntəhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinin digərmüvafiq qanunlarda da təsbit olunması təklif olunub.

Bəxtiyar Əliyev sənədlərin əvvəlki oxunuşu barədə məlumat veribvə layihələrdə heç bir dəyişikliyin aparılmadığını bildirib.

Məsələlərin müzakirəsində Elm və təhsil komitəsinin üzvləriEldar Quliyev, Ceyhun Məmmədov, Pərvin Kərimzadə, İsa Həbibbəyli vəFatma Yıldırım çıxış edərək, qanun layihələri ilə bağlı fikirlərinibildiriblər.

Müzakirələrin sonunda hər iki qanun layihəsi üçüncü oxunuşdabaxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda deputatlar Ülviyyə Ağayeva, Tamam Cəfərova,Kamilə Əliyeva, Afət Həsənova, Rafael Hüseynov, Müşfiq Məmmədli,Aqiyə Naxçıvanlı və digər rəsmi şəxslər iştirak ediblər.

Təhsil
Təhsil
Seçilən
47
2
Mənbələr
Şərh ()
Bağla