AZ

“Krosbi karyerasını burda bitirməlidi”

“Pittsburq”un baş meneceri Kayl Dubas bu komandanın forvardı Sidni Krosbo haqda fikirlərini bölüşüb:

“Düşünürəm ki, Sid karyerasını “Pittsburq”da bitirməlidi. O nə vaxta qədər oynaya bilər? Söhbət Sidni Krosbidən gedirsə, mən hansısa sərhəd qoymaq istəmirəm”.

Xatırladaq ki, 37 yaşlı Krosbi karyerası boyunca yalnız “Pittsburq”da çıxış edib. O, “pinqvinlər”in heyətində keçirdiyi 1272 oyunda 1596 (592+1004) xal toplayıb, bu komanda ilə birgə üç dəfə Stenli kubokunu qazanıb. Amma “Pittsburq” cari mövsümdə Şərq konfransının turnir cədvəlində 10-cu yeri tutmaqla pley-offa adlaya bilməyib.
Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla