AZ

Azərbaycan avarçəkənləri Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

Azərbaycanın iki təmsilçisi Macarıstanın Seqed şəhərində akademik avarçəkmə üzrə Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcək.

"Report" xəbər verir ki, Diana Dımçenko və Bəhmən Nəsiri yarışa qatılacaqlar.

Reqlamentə əsasən həm kişilərin, həm də qadınların mübarizəsində “A” finalında ilk 3 yeri tutacaq avarçəkənlər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Yığma komandamızın digər üzvü Ziya Məmmədzadə isə yüngül çəkili idmançılar arasında Avropa çempionatında çıxış edəcək.

Seçilən
35
3
Mənbələr
Şərh ()
Bağla