AZ

Süni intellektlə hazırlanan Putin filmi böyük səs-küyə səbəb oldu

Rusiya lideri Vladimir Putinin həyatından bəhs edən, Polşada çəkilən və süni intellektlə çəkilən film böyük əks-səda yaradıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, polşalı rejissor Patrik Veqanın hazırladığı \"Putin” filmi gələn ilin sentyabrında 35 ölkədə nümayiş olunacaq.
 
Rusiya liderinin həyatından bəhs edən \"psixoloji dəhşət” filmində süni intellektlə təsvir edilən Putin diktator kimi göstərilir.

Bildirilib ki, Polşada AIO studiyası tərəfindən deepfake texnologiyası ilə hazırlanan ingilis filmi 3 illik zəhmətin nəticəsidir.

Filmdə Putinin eşq həyatının təfərrüatları da yer alıb.

Filmdə Putinin uşaqlığı, hakimiyyətə gəlişi, ABŞ ilə münasibətləri, Çeçenistan və Ukrayna müharibələri kimi mövzular yer alır.
  
Mikayıl
Seçilən
84
50
Mənbələr
Şərh ()
Bağla