AZ

Rusiyanın neft obyektləri yenidən PUA-ların hədəfində

Bu gecə Rusiya Federasiyasındakı neft obyektləri yenidən dronların hücumuna məruz qalıb. Lipetsk şəhərində pilotsuz təyyarə düşüb, Smolensk vilayətində neft bazası, Voronejdə isə neft emalı zavodu yanır. Lipetsk vilayətinin qubernatoru İqor Artamonov yazır ki, PUA Lipetsk şəhərinin sənaye zonasına düşüb, lakin itki yoxdur.

Hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib.

Smolensk vilayətinin qubernatoru Vasili Anoxin bölgədəki neft bazasına hücum edildiyini bildirir. Bu səbəbdən də vilayətin iki rayonunda yanacaq-energetika obyektlərində yanğın baş verib: “Ehtimal ki, düşmənin mülki yanacaq-energetika obyektlərinə hücumu nəticəsində Smolenski və Yartsevo rayonlarında yanğınlar baş verib ,”- o yazıb.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev isə 4 pilotsuz təyyarənin vurulduğunu bildirib. Onlardan birinin dağıntılarının düşməsi nəticəsində fərdi yaşayış evinin ərazisində yanğın baş verib.

//Samir Qurbanov, Editor.az

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla