AZ

Yurqen Kloppu əvəz edəcək əsas namizəd AÇIQLANDI

"Liverpul"un baş məşqçisi Yurqen Klopp 2024-cü ilin yanvarında mövsümün sonunda klubu tərk edəcəyini açıqlamışdı.

 “Liverpul” rəhbərliyi “Feyenoord”un baş məşqçisi Arne Slotu klubun baş məşqçisi postuna əsas namizəd kimi nəzərdən keçirir.

Lent.az bildirir ki, bu barədə “The Telegraph” xəbər verir.

Mənbənin məlumatına görə, “qırmızılar”ın rəhbərləri Slotun “Feyenoord”a aşıladığı oyun tərzini bəyənirlər. Mersisaydlılar klubun məhdud maliyyə imkanlarına baxmayaraq, 45 yaşlı mütəxəssisin uğur qazanma qabiliyyətini də qeyd edirlər.

Slot 2021-ci ildən "Feyenoord"u çalışdırır.


Ötən mövsüm bu klub Hollandiya çempionu olub. 2022-ci ildə Slot Rotterdam klubunu “Feyenoord”un “Roma”ya uduzduğu Konfrans Liqasının finalına gətirib.


Bu mövsüm “Feyenoord” Hollandiya Kubokunu qazanıb. Hollandiya çempionatının 30 turundan sonra Slotun komandası 72 xal toplayıb və ikinci yerdədir.

Bundan əvvəl Kloppun yerinə namizəd kimi Lissabonun “Sportinq”indən Ruben Amorim və Premyer Liqada çıxış edən “Brayton” klubuna başçılıq edən Roberto De Zerbi namizəd göstərilib.

İngiltərə çempionatının başa çatmasına 5 tur qalmış "Liverpul" "Arsenal"la birlikdə 74 xala malikdir. "Mançester Siti" onlardan 1 xal geri qalır.

Yurqen Klopp 2015-ci ilin oktyabrından "Liverpul"u çalışdırır. Onun rəhbərliyi altında mersisaydlılar İngiltərə çempionu olub, iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb, həmçinin İngiltərə Kuboku və Super Kubokunu, Çempionlar Liqasını və Klublararası Dünya Kubokunu qazanıb.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla