AZ

“Azərbaycanın bu savaşlarda bitərəfliliyini qoruması hesablanmış ağıllı siyasətin təzahürüdür”-ŞƏRH

“Yaxın Şərqdə,konkret olaraq Qəzza zolağında keçən ilin 7 oktyabrında başlayan İsrail-HƏMAS savaşının böyük bir coğrafiyanın taleyini və sərhədlərini dəyişəcəyi heç bir şübhə doğurmur

Önəmli kommunikasiya xətlərinin keçdiyi bölgələr, su yolları, yeraltı sərvətlər Yaxın Şərqdə, təəssüf ki, müharibənin daha da alovlanmasını şərtləndirən amildir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, bu yaxınlarda İran-israil arasında qarşılıqlı raket hücumları, hər nə qədər bir çox analitiklər tərəfindən bu “danışılmış döyüş” olaraq qiymətləndirilsə də, bölgənin nə qədər həssas dönəmdən keçdiyini bir daha ortaya qoyur:

“Yaxın Şərqin qarışıq milli, dini strukturu və tarixi keçmişi bizə deməyə əsas verir ki, bölvə daha böyük savaşlara doğru gedir. Bu böyük savaşı tətikləyən Rusiya – Ukrayna müharibəsini və dini kəhanətləri də bura əlavə etsək mənzərə tamamilə aydın olar. Azərbaycanın bu savaşlarda bitərəfliliyini qoruması əslində bir nümunə və hesablanmış ağıllı siyasətin təzahürüdür. Belə ki,ölkəmiz İsraillə bir çox sahələrdə uğurlu əməkdaşlıq etsə də,İranla da qonşuluq siyasətində prinsipial mövqeyini qoruyur. Rusiya-Ukrayna savaşında olduğu kimi, Yaxın Şərqdə gedən açıq və örtülü savaşlarda da bitərəfliyimizi qorumaq ölkəmizin milli mənafeyinə tam uyğundur. Bir sözlə, bu savaşlar bizim savaşımız deyil”.

//Gülnarə Abasova, Editor.az

 

 

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla