AZ

45 yaşlı kişi 23 yaşlı qızı QAÇIRDI - RƏSMİ AÇIQLAMA

“Qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur”.

 

Bunu Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. O qeyd edib ki, kimsə nikaha məcbur edilə bilməz.

 

“Qadağandır, məsuliyyət yaradır. Bərdə rayonunda adam oğurluğu faktına görə cinayət işi qaldırılıb. Oğurlanan 2001-ci təvəllüdlü şəxs polis əməkdaşlarının çevik müdaxiləsi ilə tapılaraq ailəsinə qaytarılıb”, - Hacıyev əlavə edib.

 

Xatırladaq ki, Bərdədə 23 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb.

 

Kənd sakini 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarından həmkəndlisi 45 yaşlı Fərhad Rzayev tərəfindən evlənmək məqsədilə qaçırılıb.

 

Günay

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla