AZ

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

“Azərreyl”in

Bakı, 24 aprel, AZƏRTAC

“Fantastik mövsüm və gözəl sonluq oldu. Komandamla qürur duyuram”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi voleybolçuların Yüksək Liqasının final oyununda "Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gələrək çempion olan "Azərreyl"in üzvü Qonsales San Martin Pedro deyib.

Kubalı oyunçu mövsüm ərzində bütün matçlarda sonadək mübarizə apardıqlarını bildirib: “İnanılmaz hisslər yaşayıram və çox xoşbəxtəm. Azərbaycan kimi fantastik ölkədə oynamaq və çempion olmaq gözəl duyğulardır. Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini gördük. “Azərreyl” hər zaman yüksək yerlər uğrunda mübarizə aparan komandadır”.

O, Bakı İdman Sarayında baş tutan qarşılaşmada komandanı dəstəkləyən azarkeşlə də təşəkkür edib: “Voleybol Azərbaycanda çox populyar və sevilən idman növüdür. Doğma fanatlarmız bizi finalda da yalnız qoymadı. Bu qələbəni onlara hədiyyə edirik”.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla