AZ

FTB “Crocus City Hall” terrorundan sonar ehtiyat edir

Amerika Birləşmiş Ştatlarında ictimai yerlərdə koordinasiyalı terror hücumları ilə bağlı ciddi narahatlıqlar var. Son 10 ildə hüquq-mühafizə orqanları tərəfindən bu kimi hadisələr uzaq təhlükə kimi qiymətləndirilirdi.

Herbiand.az xəbər verir ki, bu barədə FTB direktoru Kristofer Rey “NBC” telekanalında bildirib.

“Bizi evdə bir növ koordinasiyalı hücum ehtimalı getdikcə daha çox narahat edir. Bu, bir neçə həftə əvvəl Rusiyada bir konsert zalında gördüyünüzdən çox da fərqli olmaya bilər”, - FTB direktoru deyib.

Kristofer Rey bir daha bəyan edib ki, “ölkə daxilində terror təhlükəsi son vaxtlar ən yüksək həddə çatıb, xüsusən də ayrı-ayrı şəxslər və ya kiçik qruplar tərəfindən”.

Xatırladaq ki, martın 22-də Moskvada “Crocus City Hall”-a hücum olub. “Piknik” qrupunun konserti başlamazdan əvvəl silahlı şəxslər binaya soxularaq atəş açıb, binaları yandırıb və gözdən itiblər. Son məlumatlara görə, terror hadisəsi nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla