AZ

109 illik yalan: Sənədlər danışsın

Türkiyəni 109 ildir qondarma erməni soyqırımı iddiaları ilə küncə sıxışdırmağa çalışırlar. Bu iddialar xüsusilə ABŞ, İngiltərə, Fransa, Rusiya və Almaniyadakı diaspor erməniləri tərəfindən qızışdırılır və müzakirə mövzusu olur.

Publika.az xəbər verir ki, türk tarixçiləri hər fürsətdə “Ortaq Tarix Komissiyası”nın yaradılmasına çağırır, soyqırımı yalanını qəbul edənlər isə bu çağırışa qulaq asmaqdan çəkinirlər.

109 ildir ki, 24 aprel qondarma soyqırımı gününün başlanğıcı kimi qeyd olunur. Arxiv qeydlərinə görə, bu tarixin birbaşa erməni xalqı və ya “Deportasiya qərarı” ilə bağlılığı yoxdur. Sənədlər göstərir ki, bu tarixdə İstanbuldakı erməni terror təşkilatının liderləri həbs edilərək həbsxanaya göndərilib.

Məsələn, “Louisville” Universitetinin Tarix fakültəsindən professor Justin Makkartiyə görə, 1915-ci ildə və ondan sonra hər iki tərəfdən minlərlə insan xəstəlik və qış şərtləri səbəbindən həyatını itirib. O bildirir ki, “1,5 milyon erməni qətlə yetirilib” bəyanatı heç bir tarixi reallığı olmayan siyasi şüardır.

Türk Tarix Qurumunun (TTK) keçmiş sədri Prof.Dr.Mətin Hülagü də tarixdə belə bir soyqırımın olmadığını deyir:

“İstanbulun fəthindən sonra erməniləri şəhərə gətirən və erməni kilsəsini quran Osmanlı İmperiyası olub. Ancaq Ermənistan və ABŞ-dakı arxivlər bizim üçün bağlıdır. Kilsə başqa, ABŞ başqa, biz fərqli rəqəmlər deyirik. Ən az ermənilər qədər qırğına məruz qalan müsəlmanlar var. Bütün TTK arxivlərinə əsaslanaraq deyirəm ki, bu, soyqırımı deyil, yerlərdə qarşıdurmalar, xəstəliklər, köçün gətirdiyi bəlalar yaşanıb”.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla