AZ

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

Naxçıvanda

Naxçıvan, 24 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət tədbirləri çərçivəsində muxtar respublikada fəaliyyət göstərən bir sıra ticarət obyektlərində monitorinq keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, monitorinqlər zamanı ticarət obyektlərində markalanması və qablaşdırılması qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 206 ədəd 0,25 litrlik (51,50 litr) saxta alkoqollu içkilər aşkarlanıb. Belə ki, məhsulların bir sıra göstəricilərinin orijinaldan fərqləndiyi, başlıq hissələrinin butulkalara kustar üsulla bərkidildiyi, hər bir butulkanın fərqli ölçüdə doldurulduğu, eyni zamanda, məhsulların üzərində istehsal tarixlərinin və istehsalçı haqqında məlumatların qeyd olunmadığı müəyyən edilib. Faktla bağlı sözügedən məhsullar ticarət obyektlərində satışdan çıxarılaraq geri çağırılıb. Agentlik tərəfindən məhsulların məhv edilməsi barədə müvafiq qərar qəbul edilib və aprelin 24-də proses həyata keçirilib.

Seçilən
54
8
Mənbələr
Şərh ()
Bağla