AZ

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə start verilib" - Politoloq

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı ərazilərin delimitasiya prosesi başlaya bilər ?

Məsələ ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az-a açıqlama verib.
Politoloq bildirib ki,Azərbaycanla Ermənistan arasında delimetsiya prosesinə sürətlə gedir:

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir. Burada maraqlı məqam ondan ibarətdir ki, uzun müddət Ermənistan Azərbaycanın şərti sərhətləri delimitasiya edilməsi və ölkələr arasında münasibətlərin normallaşması ilə bağlı çağırışlara xarici havadarlarının dəstəyi ilə cavab vermirdi. Nəinki sülhə gəlirdi, əksinə regionda vəziyyəti gərginləşdirməyə çalışırdı.

Artıq Qazaxın 4 kəndi qaytarıldıqdan sonra iki ölkə arasında şərti sərhədlər məsələsi aradan qalxır. İlk dəfə olaraq Azərbaycan və Ermənistan arasında delimitasiya olunmuş sərhədlər yaradılır. Bunun nəticəsində Qazaxın digər 3 kəndi Azərbaycana qaytarılması məsələsi müzakirə edilir. Bu kəndlərin Azərbaycana qaytarılması digər iclaslarda müzakirə ediləcək. Nəzərə almaq lazımdır ki, bu 3 kəndin ətrafı Ermənistan əraziləri ilə əhatə olunub. O kəndlər işğaldan azad edildikdən sonra bərpa işləri ilə məşğul olması və həmin ərazilərə məcburi köçkünlərin qaytarılması müəyyən qədər vaxt aparar proses olacaq. Bilmək lazımdır ki, Azərbyacana qaytarılan 4 kəndlə, hələ qaytarılmayan 4 kəndin məsələsi bir qədər fəqlidir. Amma Azərbyacanın bir qarış torpağıda Ermənistanda qala bilməz. Delimitasiya prosesində o kəndlərində taleyinə aydınlıq gələcək".

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla