AZ

İsrail ordusu Qəzzaya iki ehtiyat briqadanın köçürüldüyünü AÇIQLADI

İsrail ordusu indiyədək ölkənin şimal sərhədində fəaliyyət göstərən Qəzza zolağına iki ehtiyat briqada köçürəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bölmələr “müdafiə və taktiki tapşırıqları” yerinə yetirmək üçün Fələstin anklavına köçürülür. "Söhbət 146-cı diviziyanın 2-ci ehtiyat briqadasından və 210-cu diviziyanın 679-cu ehtiyat briqadasından gedir", - xəbərdə deyilir.

Son həftələrdə bu iki briqadanın döyüşçüləri Qəzza zolağında əməliyyatlara hazırlıq keçərək döyüş hazırlığını artırırlar. Hərbçilər döyüş texnikası üzrə təlim keçiblər və İsrail ordusunun döyüş bölmələrinin Qəzzada keçirilən əməliyyatlar zamanı əldə etdikləri ən son təcrübəni mənimsəyiblər.

Turan İSMAYIL

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla