AZ

İştirak ərizəsi ilə bağlı yeni qərara səs verdilər

UEFA nümayəndələri 2024-cü il Avropa çempionatı üçün milli komandaların iştirak ərizələrində futbolçu sayının 23-dən 26-ya çatdırılmasına səs verib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Bildirilib ki, yekun qərarı UEFA-nın İcraiyyə Komitəsi təsdiq etməlidir. Bu prosedurun formal xarakter daşıyacağı gözlənilir.

Ərizələrin 26 futbolçuya artırılması təklifi ilk dəfə iki həftə əvvəl Düsseldorfda milli komandaların məşqçilərinin görüşündə səsləndirilib.

2021-ci ildə keçirilən Avro-2020 üçün milli komandalara 26 oyunçunun yer aldığı proqramdan istifadə etmək icazəsi verilmişdi, lakin sonradan standart formata - 23-ə qaytarılmışdı.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla