AZ

Azad edilmiş ərazilərdə ilk hərrac keçiriləcək

Bakı. Trend:

İyunun 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanındaDövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi vəİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət XidmətininHərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarınınistifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Bu barədə Trend-ə ƏmlakMəsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, hərracda azad edilmiş ərazilər üzrə ilk dəfəLaçında yerləşən “Əhmədli” (45,2 ha) və Qubadlıda yerləşən “Hacılı”(18,5 ha) mişardaşı yataqları investorlara təklif olunacaq.

Hərrac Zəngilan rayonu, Ağalı Kənd İcma Mərkəzinin inzibatibinasında keçiriləcək.

Seçilən
12
12
Mənbələr
Şərh ()
Bağla