AZ

Misirdən Azərbaycan açıqlaması: “Bu, artıq kulminasiyadır”

Misir Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası, eləcə də 4 kəndin ölkəmizə qaytarılması ilə bağlı razılaşmanı alqışlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Rəsmi Qahirə razılaşmanın irəliyə doğru müsbət addım olduğunu və iki ölkə arasında sərhədin delimitasiyası səylərinin kulminasiya nöqtəsi olduğunu vurğulayıb.

XİN bu mühüm addımı yüksək qiymətləndirərək, tərəfləri iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün etimadı artıran addımlar atmağa çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
44
Mənbələr
Şərh ()
Bağla