Kolumbiya çempionatında xoşagəlməz hadisə yaşanıb.
Sportinfo.az xəbər verir ki, “Medelin” -“Atletiko Nasyonal” derbisində meydan sahiblərinin azarkeşləri rəqib futbolçu Pablo Cepelliniyə bıçaq atıb.
Bıçaq oyunçunun başına dəyib. Hadisə matçın 90+2-ci dəqiqəsində baş verib, lakin referi oyunu dayandırmayıb.
“Medelin” – “Atletiko Nasyonal” matçı 2:2 hesablı bərabərliklə başa çatıb.