AZ

Degenerativ xəstəliklər nədir və həyati təhlükəsi varmı?

 

Degenerativ sinir xəstəlikləri ciddi və ya həyati təhlükə yarada biləcək xətəliklərdir. Bu xəstəliklər balans, hərəkət, nitq, tənəffüs və ürək funksiyası da daxil olmaqla, bədəninizin bir çox fəaliyyətinə təsir göstərir.

 

Degenerativ xəstəlik zamanla tədricən pisləşən, toxuma və ya orqanlara təsir edən hüceyrə dəyişiklikləri hesab olunur.

 

Neyrodegenerativ xəstəliklər zamanı mərkəzi sinir sisteminin hüceyrələri fəaliyyətini dayandırır və ya neyrodegenerasiya nəticəsində ölür. Buna misal olaraq Alzheimer xəstəliyini göstərmək olar.

 

Bir çox degenerativ xəstəliklər var ki, yaşlanma ilə bağlıdır. Sağlam qidalanmamaq bu tip xəstəliyi olan şəxslərin vəziyyətini pisləşdirə bilər.

 

Belə xəstəliklərin yaranma səbəbi genetik ola bilir. Buna görə də, bəziləri Huntington xəstəliyi kimi açıq şəkildə irsi xarakter daşıyır.

 

Xroniki tiroid (Haşimato xəstəliyi), xərçəng, xroniki artrit, oynaq və əzələ ağrıları, Alzheimer, depressiya, fibrokistik döş və fibromiyalji kimi xəstəliklər degenerativ xəstəliklər qrupuna daxildir.

 

Asya

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla