AZ

ABŞ iranlı hakerlər barədə məlumat verənlərə mükafat təyin edib

ABŞ Dövlət Departamentinə bağlı “Ədalət üçün Mükafat” internet səhifəsində 3 iranlı haker barədə məlumat verilməsi üçün 10 milyon dollara qədər mükafat təyin edildiyi elan olunub.

Departamentin Diplomatik Təhlükəsizlik Xidmətinin nəzdində fəaliyyət göstərən “Ədalət üçün Mükafat” proqramına əsasən bu barədə aprelin 23-də proqrqmın internet səhifəsi və sosial şəbəkələr hesablarında bildirilib.

Bəyanata əsasən ABŞ cəmiyyətləri və qruumlarına qarşı kiber həmlərlərdə ittiham olunan həmin 3 İran vətəndaşı barədə düzgün məlumat ötürənlərə 10 milyon dollaradək mükafat ödəniləcək.

Bəyanata əsasən SEPAH-la əlaqəli olan hakerlər Rza Kazimi Fər, Hüseyn Məhəmməd Haruni və Komil Bəradaran Süleymaninin qaldıqları və olduqları məklanları barədə dəqiq məlumat tələb olunur. 

Onlar 12 ABŞ cəmiyyətinə, ABŞ Dövlət Departamenti və Maliyyət Nazirlyiinin kompüter sistemlərinə illərlə kiber nüfuz etməək məqsədi ilə əməliyyatlar aparmaqda ittiham olunublar. 

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Vəsaitlərə Nəzarət Bürosu (OFAC) aprelin 23-ü bəyanat yayaraq həmin 3 hakerin sanksiyalar siyahısına salındığını elan edib.

visiontv.az



Seçilən
52
Mənbələr
Şərh ()
Bağla