AZ

Bu ərazidəki qanunsuz tikili söküldü - VİDEO

Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 40 ünvanında özbaşına metal konstruksiyadan ibarət quraşdırma işləri aparılıb.

"Ölkə.Az"ın məlumatına görə, sözügedən fakt bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin monitorinqi zamanı aşkarlanıb.  

Sözügedən ərazidəki özbaşına quraşdırılmış metal konstruksiyanın təxmini sahəsinin 10 kv.m olduğu bildirilir. 

"Həmin konstruksiya heç bir icazəverici sənədlər olmadan qanunsuz quraşdırıldığından onun Baş İdarə və aidiyyəti qurumlarla birlikdə aradan qaldırılması təmin edilib".

Könül
Ölkə.Az

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla