AZ

Rusiya müdafiə nazirinin müavini həbs olunub

Bakı. Trend:

Rusiya müdafiə nazirinin müavini Timur İvanov iyun ayınadək həbsolunub.

Trend xəbərverir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, iş yerində saxlanılan nazir müavini xüsusən irihəcmdə rüşvət götürməkdə ittiham olunur.

Qeyd edək ki, Timur İvanov 2016-cı ilin may ayında Rusiyamüdafiə nazirinin müavini təyin olunub. O, Müdafiə Nazirliyindəidarə obyektlərinin tikintisinə və əsaslı təmirinə nəzarət edib.Bundan başqa, İvanov Rusiya Silahlı Qüvvələrinin əmlakının idarəolunması, qoşunlarının yerləşdirilməsi, eləcə də mənzil-məişət vətibbi təminatının təşkilinə cavabdeh olub.

Həbs olunan nazir müavininin ilkin istintaq müddəti ərzindəLefortovo istintaq təcridxanasında saxlanacağı bildirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
53
Mənbələr
Şərh ()
Bağla