AZ

ETMGİ-də vaxtından əvvəl dünyaya gələn körpə bir aylıq müalicədən sonra ailəsinə təhvil verilib

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) vaxtından əvvəl dünyaya gələn körpə bir aylıq müalicədən sonra ailəsinə təhvil verilib.
 
Bu barədə Aztibb.az-a ETMGİ-dən xəbər verilib.
 
Bildirilib ki, hamilə qadın vəziyyəti ilə əlaqədar Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna müraciət edib. Həkim mama-ginekoloq Xəyalə Təhməzi tərəfindən müayinə olunan pasiyent Hamiləliyin patologiyası şöbəsində nəzarətə götürülüb.
Qan təzyiqinin yüksək olması, sidikdə zülal kimi əlamətlərlə preeklampsiya diaqnozu təsdiqlənən hamiləyə profilaktik tədbirlər aparılıb. Vəziyyəti ilə əlaqədar olaraq qadına hamiləliyin 33-cü həftəsində Xəyalə Təhməzi tərəfindən təcili qeysəriyyə kəsiyi icra olunub.
 
Bətndaxili inkişaf ləngiməsi ilə dünyaya gələn azçəkili körpə dərhal Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülüb. Çəkisi 1515 qram, boyu 40 sm olan yenidoğulmuş həkim-neonatoloq Şəbnəm Yusifzadənin nəzarətində olub. Polistemiya, nekrozlasan enterokolit səbəbindən müalicə təyin olunan körpəyə şöbədə qaldığı bir aylıq müddətdə ROP müayinəsi də icra olunub.
 
Aparılan düzgün stasionar müalicələrdən sonra uşaq 1900 qram çəkidə sağlam şəkildə evə yola salınıb.
Seçilən
68
Mənbələr
Şərh ()
Bağla