AZ

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Moskva

Moskva, 24 aprel, AZƏRTAC

Moskvanın Basman məhkəməsi dünən saxlanılan Rusiya müdafiə nazirinin müavini Timur İvanovu həbs edib.

AZƏRTAC xəbər verir ki, nazir müavini xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

Eyni zamanda, məhkəmə rüşvət almada şəriklikdə ittiham olunan Sergey Borodini də həbs edib.

İstintaqın versiyasına görə, Timur İvanov və Sergey Borodin RF Müdafiə Nazirliyinin müqavilələri ilə korrupsiya sxemində iştirak ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
123
44
Mənbələr
Şərh ()
Bağla