AZ

Ferstappen ABŞ qran-priləri üçün xüsusi dəbilqə hazırlatdırdı

Formula 1 pilotu Maks Ferstappen ABŞ-də baş tutacaq 3 qran-pri üçün xüsusi dəbilqə hazırlatdırıb. “Red Bull” sürücüsü məhz bu dəbilqədə Amerika mərhələlərində yarışacaq.

Üçqat dünya çempionu xüsusi livreyalı dəbilqədən Mayamidə (3-5 may), Ostində (18-20 oktyabr) və Las-Veqasda (21-24 noyabr) istifadə edəcək.

Göy çalarda hazırlanmış dəbilqənin üzərində ABŞ bayrağı və 3 çempionluğa həsr edilmiş əlamətlər var.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla