AZ

Şimali Koreyanın rəsmilərindən ibarət heyət İrana səfər edib

Şimali Koreyanın dövlət xəbər agentliyi ölkənin yüksək vəzifəlilərindən ibarət heyətin İrana səfər etdiyi barədə xəbər yayıb.

Artıq səfərdə olan heyətə ölkənin beynəlxalq ticarət naziri Yon Cunq Hu rəhbərlik edir. Agentlik bu barədə ayrıntılı məlumat verməyib.

Royters XA-nin bildirdiyinə görə Şimali Koreya və İran illərdir ki, ballistik raketlərin, xüsusilə də onların texnologiyası və hissələrinin istehsalı üzrə əməkdaşlıda ittiham olunurlar.

Şimali Koreyaya 2020-ci ildə tətbiq olunmuş sanksiyalara nəzarət edən BMT-nın ekspertlərindən bir qrupu bildirmişdir ki,  İran və Şimali Koreya həmin ildən uzaqmənzilli raketlərin inkişaf etdirilməsi və onların istehsalına lazım olan hissələrin daşınması üçün  yenə əməkdaşlığa başlayıblar. 

visiontv.az



Seçilən
77
Mənbələr
Şərh ()
Bağla