AZ

Əsəbləşən Şoyqu “cavab” vəd etdi...

..ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya Amerika yardımının verilməsinə səs verməsindən sonra Rusiya Ukraynadakı logistika mərkəzlərinə və Qərbin silah anbarlarına hücumları gücləndirməklə hədələyir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında ölkəsinin guyaQərb silahlarının üstünlüyü haqqında mifi dağıtdığınıvə cəbhə xəttində təşəbbüsü həmişə əllərində saxladıqlarını bildirib.

...ABŞ və onun müttəfiqlərinin yaratdığı təhdidlərə uyğun olaraq biz Silahlı Qüvvələrin tərkibini və strukturunu təkmilləşdirməyə, ən populyar silah və hərbi texnikanın istehsalını artırmağa davam edəcəyik. Biz logistika mərkəzlərinə və Qərb silahlarının saxlandığı bazalara hücumların intensivliyini artıracağıq.

Qeyd edilirki, Şoyqu bunu əsəbi halda bildirib.

Xatırladaq ki, bu gün ABŞ Senatı Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

İndi sənədi ABŞ prezidenti Cozef Bayden imzalamalıdır.

Nazlı

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla