AZ

Azad edilmiş rayonlarda ət və süd istehsalının həcmi açıqlanıb - SİYAHI

Bu ilin yanvar-mart aylarında işğaldan azad edilmiş rayonlarda süd və ət istehsalının həcmi açıqlanıb.

FED.az bu barədə Dövlət Statistika  Komitəsinə istinadən xəbər verir.

Belə ki, Şərqi Zəngəzur iqtisadi rayonunda ümumilikdə 14 min 527 ton, Qarabağ iqtisadi rayonunda isə 84 min 454 ton süd istehsal olunub.  Ət istehsalı isə müvafiq olaraq 2 min 273 ton və 11 min 946 ton təşkilı edib.

İşğaldan azad edilmiş rayonlar üzrə ən çox ət istehsalı 1 192 ton göstərici ilə Ağdam rayonunun, ən az göstərici 16 tonla Zəngilan rayonunun payına düşüb. Süd istehsalı üzrə ən çox göstərici yenə Ağdam (10 859 ton), ən az göstərici Zəngilan (113 ton) qeydə alınıb.

 

Rayonlar

ət istehsalı (ton)

süd isethsalı (ton)

Şərqi Zəngəzur iqtisadi rayonu

2273

14527

Kəlbəcər rayonu

850

6575

Laçın rayonu

858

5587

Cəbrayıl rayonu

509

2064

Qubadlı rayonu

40

188

Zəngilan rayonu

16

113

Qarabağ iqtisadi rayonu

11946

84454

Ağdam rayonu

1192

10859

Füzuli rayonu

612

6708

Xocalı rayonu

57

405

Xocavənd rayonu

629

1022

Şuşa rayonu

104

531

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla