AZ

Zooparkdakı heyvanın cinsi 7 il sonra üzə çıxdı

Yaponiyadakı zooparkda erkək olduğu düşünülən begemotun əslində, dişi olduğu 7 il sonra aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, baxıcılar Gen-çan adlı 12 yaşlı begemotun tipik erkək davranışı nümayiş etdirmədiyini gördükdən sonra DNT testi aparıblar. Gen-çan 2017-ci ildə Meksikadan Osaka zooparkına gətirilib və gömrük sənədlərində onun erkək olduğu qeyd olunub.

Zoopark işçiləri bu hadisədən şoka düşdüklərini bildiriblər, onlar bunu gözləmədiklərini etiraf ediblər. 

Tennoji zooparkı öz saytında Gen-çanın əsl cinsinə dair xəbəri təsdiqləyib.


Telegram kanalımız
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla