AZ

Bu kənddə məktəb, bağça, bazar, çayxana, klub tikiləcək - 14 milyon ayrıldı

Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsində müxtəlif qeyri-yaşayış obyektləri tikilir.

“Ölkə.Az”ın məlumatına görə, yaşayış məntəqəsində 624 yerlik məktəb binası, 220 yerlik uşaq bağcası, Bazar kompleksi, Çoxfunksiyalı bina, 1 mərtəbəli ticarət binası, 1 mərtəbəli mərasim zalı, 1 mərtəbəli çayxana, 2 mərtəbəli inzibati bina və polis məntəqəsi, İdman-Sağlamlıq Mərkəzi və Klub icma mərkəzinin tikintisi nəzərdə tutulub.

Sözügedən obyektlərin tikintisi 14 mln 520 min 813 manata başa gələcək.

Bununla bağlı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və “19 Saylı Tikinti Təmir İdarəsi” MMC arasında müqavilə imzalanıb.

Könül
Ölkə.Az

 

Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla