AZ

Balakən rayonunda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçiriləcək

26-27 aprel 2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası tərəfindən Balakən rayonunda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçiriləcək.

 

Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, tibbi aksiya Balakən Dəmir Yolu Stansiyasında təşkil olunacaq.

 

İki gün davam edəcək aksiyada məqsəd pasiyentləri operativ şəkildə erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək və cərrahi əməliyyatların icra olunmasıdır.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla