AZ

Türkiyə futbolunda tarixi qərar: Bütün klublar bəyəndi, gələn mövsümdən etibarən...

Türkiyə Futbol Federasiyası (TFF) və klublar Müstəqil Hakimlər Şurasının yaradılmasında razılaşıblar.

Offsideplus.az xəbər verir ki, alman modelindən ilhamlanan layihə bütün klublardan bəyənildiyi halda, Müstəqil Hakimlər Şurasının növbəti mövsümdə həyata keçirilməsi planlaşdırılır.

Türk futbolunda hakim mübahisələri illərdir davam edərkən, TFF məsələ ilə bağlı diqqətçəkən addım atmağa hazırlaşır. Hakim təyinatları ilə bağlı müzakirələrə son qoyacaq inqilabi qərarın növbəti mövsümdə həyata keçirilməsi planlaşdırılır. Sözügedən layihə peşəkar liqalarda mübarizə aparan bütün klublardan razılıq alıb.

TFF meneceri Mustafa Eröğüt başda olmaqla federasiya peşəkarları bu gün klub nümayəndələri ilə bir araya gələrək yeni sistemi təqdim edəcəklər.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla