AZ

“Tesla” “Model 3”ün ən yüksək səviyyəli versiyasını təqdim etdi- FOTO - VİDEO

“Tesla” nəhayət ki, hit olan “liftback” “Model 3”ün ən yüksək səviyyəli versiyasını təqdim etdi.

Avtosfer.az xəbər verir ki, yeni məhsul “Model 3 Performans” adlanır. İndi avtomobil daha idman dizaynına, yeni oturacaqlara, adaptiv asmaya malikdir. “Model 3 Performans” 510 at gücünə malik mühərriklə təchiz olunub. Daha öncə isə bu göstərici 470 a.g. idi. Yenilənmiş model 100 km/s sürəti 2,9 saniyəyə yığır (əvvəlcə 3,3 saniyə idi), güc ehtiyatı 476 km-dir. “Model 3 Performans” 52 990 dollardan başlayaraq satışa çıxarılacaq.

FOTO QALEREYA
Seçilən
47
Mənbələr
Şərh ()
Bağla