AZ

Ərdoğan Netanyahunu Hitlerə bənzətdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha İsrailin baş naziri Benyamin Netanyahunu Adolf Hitlerə bənzədib və əmin edib ki, Ankara onun törətdiyi cinayətlər barədə dünyaya məlumat verməyə davam edəcək.

News24.az xəbər verir ki, TRT Ərdoğanın sözlərindən sitat gətirib:

“Biz əvvəllər etdiyimiz kimi, İsrail cinayətlərinə dair sübutları Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etməyə davam edəcəyik. Biz həqiqəti ifşa etməyə və İsrailin törətdiyi qətllərdən danışmağa davam edəcəyik. Qoy hamı başa düşsün ki, Netanyahu zəmanəmizin Hitleridir və onun əlaltıları məsuliyyətdən qaça bilməz. Gec-tez ədalət məhkəmədə olmasa da, tarixin qarşısında zəfər çalacaq”.

Ərdoğan İsrailin Qəzza zolağındakı hərəkətlərini bir daha kəskin şəkildə pisləyib:

“Biz kənarda qala bilmərik, buna qarşı durmaq üçün BMT mexanizmləri vasitəsilə aktiv addımlara ehtiyacımız var”.

Bundan başqa, Türkiyə lideri Qəzzada çalışan media nümayəndələrinin “İsrailin hücumları”na məruz qalmasına da diqqət çəkib. Onun sözlərinə görə, Türkiyə bundan son dərəcə narahatdır.


Seçilən
11
1
Mənbələr
Şərh ()
Bağla