AZ

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə AZALIR

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan “Counterpoint”in məlumatına görə, Çində “Apple”nin məhsullarına tələb xeyli azalıb.


Sfera.az xəbər verir ki, Çində smartfon satışları 2024-cü ilin birinci rübündə illik 1,5 faiz artıb.

 

Bu dövrdə “Apple”ın Çində smartfon satışları 19,1 faiz azalıb. Yerli marka olan “Huawei”in satışları isə 69,7 faiz artıb. 


Satışdakı bu dəyişiklikdən sonra “Apple”ın bazar payı 19,7 faizdən 15,7 faizə düşüb, “Huawei”in bazar payı isə 9,3 faizdən 15,5 faizə yüksəlib.


Vasif

Seçilən
41
4
Mənbələr
Şərh ()
Bağla