AZ

Kiçik küçənin ürək ağrıdan qlobal problemləri - ŞİKAYƏT + FOTOLAR

Paytaxtın estetik və digər kompleks dəyərlərinə tam əks olan “Bizim küçə”
  
 
Paytaxtın Yeni Yasamal-1 ünvanında “Bizim  küçə”  ərazisinin  sakini, Ukrayna  və Azərbaycanın  elmlər doktoru, Respublikada “Kolloid  kimyası” ixtisası üzrə yeganə kimya elmlər doktoru,  professor, Rusiya  Beynəlxalq  Mühəndislik  Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının (Almaniya) akademiki,  Almaniyada qeydiyyatdan  keçmiş 13 elmi kəşf müəllifi Rahim Abas oğlu Daşdiyev Moderator.az-ın redaksiyasına şikayət məktubu ünvanlayıb. İnanırıq ki, problem işıqlandırıldıqdan sonra aidiyyatı qurumlar onun həlli istiqamətində zəruri addımları atacaqlar. 
 
Dəyərli ziyalımızın şikayət məktubunu olduğu kimi təqdim edirik:
 
“Bizim küçə” reallıqda Yeni Yasamal-1 küçəsinin bina 9-10, bina 11-12 və bina 13-14 həyət və bu ərazidə M.Xiyabani küçəsində inşa edilən 4 dənə 20 mərtəbəli bina sakinlərini və bu istiqamətlərdə hərəkət edən avtomobilləri 286 saylı məktəbə, 98 saylı körpələr evi və uşaq bağçasına, 19 saylı mənzil-istsmar, sahəsinə, Əsəd Əhmədov küçəsinin özünə və bu küçədə  yerləşən “Bravo”, “Bazar store”, “Bizim market” adlı supermarketlər məkanına aparan bir qoludur. Əslində qeyd edilən bu geniş təyinatlı yol paytaxt standartlarına yüksək səviyyədə cavab verən asfalt örtiyə malik olmalıdır. Lakin əfsuslar olsun ki, bina 13-14 həyətinin cənub çıxışından bina 5-6 həyətinə və o cümlədən  98 saylı körpələr evi və uşaq bağçasına qədər uzunluğu təxminən 250 m-ə qədər və insan, avtomobil hərəkətləri ilə zəngin olan bu kiçik küçədə ürək ağrıdan qlobal və ciddi problemləri mövcuddur: 
 
Problem-1: Ərazi sakinləri üçün qlobal və ciddi ekoloji problem. “Bizim küçə”nin başlanğıcında (Yeni Yasamal-1 küçəsi bina 13, 14 həyətinin cənub çıxışında və bina 2-nin isə arxasında) ürək ağrıdan, uçuq-sökük binaları ilə xarabalığı xatırladan və paytaxtımız üçün ləkə olan “Zibillik” və antisanitariya məkanı mövcuddur (Şəkil 1). Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin dünyada analoqu olmayan “Xalqa Nümunəvi Xidmət Strategiyası”na sadiq olan funksional dövlət məmurlarının, məhz bu məkanda yerli sakinlərin istirahət və əyləncələri üçün park salınması istiqamətində  real imkanları mövcuddur. Səlahiyyətli dövlət qurumları tərəfindən problemin həlli istiqamətində təxirəsalınmaz və qəti addımlar atılmasına ümid etmək olar;
 
Problem-2: Ərazi sakinləri üçün qlobal təhlükəli qəza problemi. “Bizim küçə”nin başlanğıc hissəsində Xiyabani-100 ünvanında yerləşən “Şərur MTK”-ya məxsus 20 mərtəbəli bina adminstrasiyası tərəfindən öz şəxsi maraqlarına görə “İcazə” ilə gecə-gündüz sıra ilə parkovka edən avtomobillərin, sakinlər və hərəkətdə olan avtomobillər üçün yaratmış olduqları ürək ağrıdan son dərəcədə Təhlükəli-Qəza görüntüləri (Şəkil 2, Şəkil 3). Nə qədər ki, bədbəxt hadisələr baş verməyib, bu Təhlükəli-Qəza risklərinin minimuma endirilməsi üçün Xiyabani-100 ünvanında yerləşən “Şərur MTK”-ya məxsus 20 mərtəbəli bina divarları boyunca parkovkaya aidiyyətli qurumlar (mühafizəsi olan bina komendantı və bütövlükdə “Şərur MTK” rəhbərliyi, FHN, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı şəhər yol polis idarəsi və s.)  tərəfindən son qoyulmalıdır; 
 
Problem-3: Ərazi sakinləri üçün asfalt örtüyə ehtiyac baxımından paytaxt standartlarına qətiyyən cavab verməyən qlobal küçə-yol problemi. Bu baxımdan “Bizim küçə”-nin yağıntılı havada ürək ağrıdan palçıqlı və quru havada isə toz-torpaqlı və insanların xüsusi ilə yaşlıların və uşaqların tez-tez yıxılmasına səbəb olan çala-çuxurlu ürək ağrıdan görüntüləri məlumatda əks etdirilmişdir (Şəkil 4-9). Problemin nə dərəcədə acınacaqlı olmasını valideynlərin uşaqlarla birlikdə ideal təmizlik şəraitində olan 98 saylı körpələr evi və uşaq bağçasının (Şəkil 12-14) nəinki otaqlarına, hətta həyətinə belə yağıntılı hava şəraitində “Bizim küçə”-dən keçib palçıqlı ayaqqabılarla daxil olmalarının son dərəcədə ürək ağrıları ilə müşayiət olunduğunu təsəvvür etmək bir o qədər də çətin deyil. “Bizim küçə”-yə asfalt çəkilmə zərurəti ilə bağlı BŞİH-nin başçısı cənab E.Əzizova 30.06.2022 və 06.09.2022-ci il tarixlərində elektron variantda müraciətlər BŞİH-nin tabeliyində olan funksional yol-tikinti idarələri tərəfindən icra edilməmişdir. Ümid etmək olar ki, paytaxt küçələrinin asfaltlaşdırılması istiqamətində həyata keçirilən möhtəşəm qlobal layihələr fonunda uzunluğu təxminən 250 m olan “Bizim küçə”-nin də asfaltlaşma problemi tezliklə həllini tapacaqdır, buna şübhə ola bilməz.
 
Problem-4: “Narkomanlar məkanı”nın problemləri. 286 saylı tam orta məktəb və 98 saylı körpələr evi və uşaq bağçasının arasında, “Büzüm küçə”-də yerləşən 3-mərtəbəli ürək ağrıdan “Narkomanlar evi” (Şəkil 10-11). Bu bina, mərtəbələrində gecələr narkomanlar toplaşdığına görə “Narkomanlar evi” adı ilə yerli sakinlərə bəlli olan kriminal bir məkandır. Qaranlıqda buradan insanlar, xüsusi ilə qadınlar keçməyə ehtiyat edirlər, sözün əsl mənasında isə qorxurlar. Ən dəhşətlisi bir də odur ki, gündüz vaxtı məktəb yaşlı yeniyetmələrin də bu binaya qalxmaları və düşmələri müşahidə olunur. Odur ki, bu “Narkomanlar məkanı”-nın ləğv edilməsi və ərazinin isə 286 saylı tam orta məktəbin idman sahəsinə qatılması mövcud problemlərdən xilas olmağın ən doğru yolu olardı. Səlahiyyətli dövlət orqanlarının problemin həlli ilə bağlı qəti tədbirlər görməsi isə zamanın tələbidir. 
 
Beləliklə, biz sakinlər “Kiçik küçənin ürək ağrıdan qlobal problemləri”nin, cəmiyyətimizin çox sahəli həyatında mühüm rol oynayan “Moderator.az” saytı vasitəsi ilə tezliklə həllini tapacağına inanırıq.
 
Rahim  Abas oğlu Daşdiyev,
“Bizim  küçə”  ərazisinin  sakini; Ukrayna  və Azərbaycanın  elmlər doktoru;
Respublikada “Kolloid  kimyası” ixtisası üzrə yeganə kimya elmlər doktoru;
 professor, Rusiya  Beynəlxalq  Mühəndislik  Akademiyasının müxbir üzvü; 
Avropa Təbiət  Elmləri Akademiyasının (Almaniya) akademiki,  Almaniyada
qeydiyyatdan  keçmiş 13 elmi kəşf müəllifi 
 
Şəkil 1 (Problem-1: Ərazi sakinləri üçün Qlobal Ekoloji Problem). “Bizim küçə”nin başlanğıcında (Yeni Yasamal-1 küçəsi bina 13, 14 həyətinin cənub çıxışı və bina 2-nin isə arxasındakı) ürək ağrıdan, xarabalığı xatırladan və paytaxtımız üçün ləkə olan “Zibillik” məkanı
 
Şəkil 2 (Problem-2: Ərazi sakinləri üçün Qlobal Təhlükəli Qəza Problemi). “Bizim küçə”nin başlanğıc hissəsində Xiyabani-100 ünvanında yerləşən “Şərur MTK”-ya məxsus 20 mərtəbəli bina adminstrasiyasının öz şəxsi maraqlarına görə “İcazə” ilə parkovka edən avtomobillərin, sakinlər və hərəkətdə olan avtomobillər üçün yaratmış olduqları ürək ağrıdan Təhlükəli-Qəza görüntüləri
 
Şəkil 3 (Problem-2: Ərazi sakinləri üçün Qlobal Təhlükəli Qəza Problemi). “Bizim küçə”nin başlanğıc hissəsində Xiyabani-100 ünvanında yerləşən “Şərur MTK”-ya məxsus 20 mərtəbəli bina adminstrasiyasının öz şəxsi maraqlarına görə “İcazə” ilə parkovka edən avtomobillərin, sakinlər və hərəkətdə olan avtomobillər üçün yaratmış olduqları ürək ağrıdan Təhlükəli-Qəza görüntüləri
 
 
Şəkil 4 (Problem-3: Asfalt örtüyə ehtiyac baxımından paytaxt standartlarına qətiyyən cavab verməyən qlobal küçə-yol problemi). “Bizim küçə”nin (başlanğıc hissəsində) yağıntılı havada ürək ağrıdan palçıqlı görüntüsü 
 
 
Şəkil 5 (Problem-3: Asfalt örtüyə ehtiyac baxımından paytaxt standartlarına qətiyyən cavab verməyən qlobal küçə-yol problemi). “Bizim küçə”nin (orta hissəsində) yağıntılı havada ürək ağrıdan palçıqlı görüntüsü 
 
 
Şəkil 6 (Problem-3: Asfalt örtüyə ehtiyac baxımından paytaxt standartlarına qətiyyən cavab verməyən qlobal küçə-yol problemi).   “Bizim küçə”nin (son hissəyə yaxın yerdə) yağıntılı havada ürək ağrıdan palçıqlı görüntüsü 
 
Şəkil 7. (Problem-3: Asfalt örtüyə ehtiyac baxımından paytaxt standartlarına qətiyyən cavab verməyən qlobal küçə-yol problemi).   “Bizim küçə”nin (başlanğıc hissəsində) quru havada ürək ağrıdan toz-torpaqlı görüntüsü
 
Şəkil 8. (Problem-3: Asfalt örtüyə ehtiyac baxımından paytaxt standartlarına qətiyyən cavab verməyən qlobal küçə-yol problemi).   “Bizim küçə”nin (orta hissəsində) quru havada ürək ağrıdan toz-torpaqlı görüntüsü
 
Şəkil 9. (Problem-3: Asfalt örtüyə ehtiyac baxımından paytaxt standartlarına qətiyyən cavab verməyən qlobal küçə-yol problemi).   “Bizim küçə”nin (son hissədə) quru havada ürək ağrıdan toz-torpaqlı görüntüsü (sağda 98 saylı uşaq bağçası; irəlidə bina 5-6-nın əla təmirli həyəti və daha irəlidə isə əhaliyə nümunəvi xidmət göstərən “Bravo”, “Bazar store”, “Bizim market” adlı supermarketlər məkanı) 
  
Şəkil 10. (Problem-4: “Narkomanlar məkanı”-nın problemləri).   286 saylı tam orta məktəb və 98 saylı uşaq bağçasının arasında, “Büzüm küçə”-də yerləşən 3-mərtəbəli ürək ağrıdan “Narkomanlar evi”-nin arxadan görüntüsü
 
 
Şəkil 11. (Problem-4: “Narkomanlar məkanı”-nın problemləri).   286 saylı tam orta məktəb və 98 saylı uşaq bağçasının arasında, “Büzüm küçə”-də yerləşən 3-mərtəbəli ürək ağrıdan “Narkomanlar evi”-nin öndən görüntüsü
 
 
Şəkil 12-14. Paytaxtımızda yüksək səviyyədə bacarıqlı-istedadlı-qayğıkeş-fədakar müdir olan Elnurə xanımın uzun illər ərzində tükənməz-məqsədyönlü səylərinin nəticələri olaraq, böyük ərazisi, yaşıllığı, xüsusi dizaynı, həmişə təmiz ideal asfalt örtüyü, boyalı uca hasarları, 14 sayda yaşıllıqlara qərq olmuş gözəl söhbətgah-oyun məkanları, estetik seçimdə olan ideal təmiz bina və otaqları, soyuq mövsümdə özünün kombi sistemi ilə əla istiləndirmə sistemi, qidaları, müxtəlif yaş qruplarında olan uşaqlara müasir üsullarla təlim-tərbiyənin və xarici dillərin yüksək peşəkarlıqla aşılanmasında sözün əsl mənasında fədakar müəllimləri, funksional səhiyyə və texniki heyəti ilə fərqlənən nümunəvi 98 saylı körpələr evi və uşaq bağçasından ürəkaçan görüntülər 
 
 
Şəkil 13
 
Şəkil 14
 
 
 
Seçilən
25
42
Mənbələr
Şərh ()
Bağla