Toyda baş verən mübahisə qanla sonlandı.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Rizə şəhərində keçirilən toyda iki nəfər arasında naməlum səbəbdən mübahisə yaranıb.
Mübahisə zamanı 1 nəfər güllələnərək dünyasını dəyişib.
Açıqlamada axşam saatlarında yenə eyni şəxslər arasında mübahisənin düşdüyü deyilib. C.K.-nın açdığı şadlıq sarayında açdığı atəş nəticəsində yaralanan O.K.-nın aparıldığı xəstəxanada öldüyü bildirilib. Polis qrupları tərəfindən aparılan araşdırma zamanı hadisə yerində 11 ədəd boş patron aşkar edilib. Hadisədən sonra qaçan şübhəlinin tutulması üçün işlərin davam etdiyi vurğulanıb.