AZ

"Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq - İspaniyadadır

"Sumqayıt" komandası "Qarabağ"a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXXII turunun oyununa baş məşqçisiz çıxacaq.

Bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda İspaniyada təcrübə keçən Samir Abasov sözügedən qarşılaşmada texniki zonada yer almayacaq.

Qeyd edək ki, aprelin 28-də reallaşacaq "Sumqayıt" - "Qarabağ" matçı saat 20:00-da start götürəcək.

Xatırladaq ki, Samir Abasov “Barselona” klubunun düşərgəsinə yollanıb. O burada təcrübə keçəcək. 

Gənc mütəxəssis kataloniya klubunun düşərgəsinə yollanmamışdan öncə “Real” və “Barselona” (3:2) keçirilən “El Klasiko”nu izləyib. 

S.Abasov təcrübə müddətinin sonunda “Barselona”nın baş məşqçisi Xavi Ernandezlə görüşəcək. 

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla