AZ

Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib

Tonqa Krallığının sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri krallığın paytaxtı, təxminən 22,4 min insanın yaşadığı Nukualofa şəhərindən 259 kilometr şimal-qərbdə 226 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Seçilən
23
50
Mənbələr
Şərh ()
Bağla