AZ

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“Azərreyl”in

Bakı, 24 aprel, AZƏRTAC

"Oyunun çətin keçəcəyini bilirdik. Çünki mövsüm ərzində üç dəfə bu rəqibə məğlub olmuşduq".

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçular arasında Yüksək Liqanın final oyununda "Abşeron"a 3:1 hesabı ilə qalib gələrək çempion olan "Azərreyl"in üzvü Qabrielle Benda deyib.

ABŞ-dan olan voleybolçu Azərbaycandakı ilk mövsümündə qızıl medal qazandığı üçün xoşbəxt olduğunu bildirib: "Oyuna yaxşı motivasiya ilə çıxmışdıq. Məqsəd yalnız qələbə idi. Hər kəs öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi. Çətin anlar yaşadıq, lakin sonda qalib gəldik. Komandamla fəxr edirəm. Çempionluğa layiq idik".

28 yaşlı toppaylayıcı çempionluqda azarkeşlərin dəstəyinin də önəmli olduğunu söyləyib: "Mövsümün əvvəlindən bizi dəstəkləyən azarkeşlər var. Onlar "Abşeron"la final görüşündə də komandanı tək qoymadılar. Atmosfer fantastik idi. Hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, "Azərreyl" ötən mövsüm də Azərbaycan çempionu olmağı bacarıb.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla