AZ

Abu Akal “Qəbələ”dən incik ayrılmayıb: “Bu klubun etdiklərini unutmaram”

“Aramızda olan razılaşmaya əsasən “Qəbələ”dən ayrıldım. Bu, qarşılıqlı anlaşma idi” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”dən ayrılan israilli futbolçu Feras Abu Akal deyib.

Yarımmüdafiəçi mövsüm başa çatmamış əyalət klubunu tərk etməsindən söz açıb: “Bu mövsüm bizim üçün pis mövsüm oldu. Lakin “Qəbələ” böyük klubdur və mən inanıram ki, onlar geri qayıdıb ilk “4-lük”də olmaq üçün mübarizə aparacaqlar. Liqada qalıb növbəti mövsüm bunu bacaracaqlar”.

27 yaşlı oyunçu klubla arasında heç bir problem olmadığını da sözlərinə əlavə edib: “Klubla armada heç bir problem olmadı, onlarla yaxşı münasibətim var. Bu klubun mənim üçün etdiklərini də heç vaxt unutmaram. Ümumiyyətlə, “Qəbələ”də daxili ab-hava həmişə yaxşıdır”.

Abu Akal komandanın gürcü baş məşqçisi Kaxaber Sxadadzeni də tərifləyib: “O çox yaxşı məşqçidir. Əvvəllər Azərbaycanda olarkən bunu sübut edə bilib”.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla