AZ

Hulusi Kılıç: Azərbaycanla Ermənistanın xarici müdaxiləsiz razılıq əldə etməsi önəmli addımdır

"Azərbaycan və Ermənistan arasında xarici müdaxilə olmadan razılıq əldə edilməsi tək bu iki ölkə üçün yox, qlobal səviyyədə mühüm önəm daşıyır"

Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç bildirib.

O deyib ki, iki ölkə arasındakı normallaşma prosesi qlobal sülhün təşviqinə xidmət edəcək:

"Əvvəlcə onu deyim ki, Qazaxın 4 kəndinin 30 illik işğaldan sonra qaytarılmasından Türkiyə olaraq məmnunluq duyuruq. Azərbaycana aid olan torpaqların 30 illik işğal dövründən sonra geri verildi. Bu çox önəmlidir, çünki Azərbaycanla Ermənistan buna xarici müdaxilə olmadan razılıq əldə edib. Bu addımın çox önəmli olduğunu hesab edirəm".

Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla