AZ

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdü

İsveç
Azərbaycanı Avroviziya-2024 mahnı müsabiqəsində təmsil edəcək FAHREE və İlkin Dövlətov İsveç səfirinin qonaqları olub. 1news.az xəbər verir ki, bu il müsabiqəyə ev sahibliyi edəcək İsveç Krallığının Azərbaycandakı səfiri cənab Tobias Lorentzson təmsilçilərimiz ilə görüşüb, onlara dəstək olduqlarını bildirib və müsabiqədə uğurlar arzulayıb. Səfirliyin ticarət və mədəniyyət məsələləri üzrə müşaviri Sirus Rüstəmovun da iştirak etdiyi görüş Azərbaycanın tarixində vacib rol oynamış isveçli Nobel ailəsinin iqamətgahında, qeyri-rəsmi formatda baş tutub. İfaçıların bu barədə təəssüratları onların Instagram səhifələrində və nümayəndə heyətinin rəsmi hesabında paylaşılıb. Təmsilçilərimiz səfirlə həmsöhbət olmaqdan məmnun qaldıqlarını, ondan faydalı məsləhətlər aldıqlarını və hər iki ölkənin mədəniyyəti haqqında səmimi ab-havada müzakirə apardıqlarını qeyd ediblər.

Bundan əlavə, FAHREE və İlkin İsveçin Azərbaycandakı səfirliyinə Avroviziya final gecəsinin birgə baxışını təşkil etdikləri üçün təşəkkürlərini bildiriblər. Birgə baxışa Azərbaycanı Avroviziyada öncəki illərdə təmsil etmiş ifaçılar və müsabiqənin fan-cəmiyyətlərinin üzvləri də dəvət olunublar.

Seçilən
86
6
Mənbələr
Şərh ()
Bağla