AZ

İranlı qapıçı buna görə futboldan uzaqlaşdırıldı

İranın "İstiqlal" klubunun qapıçısı Hüseyn Hüseyni vətənində meydançaya qaçan azarkeşi qucaqladığına görə diskvalifikasiya edilib. 

Yenisabah.az "Khabar Varzeshi"yə istinadla xəbər verir ki, hadisə "Ərak"la oyun zamanı baş verib. 

Meydançaya qaçan xanım azarkeşin 31 yaşlı qapıçını qucaqlamasının İslam qaydalarına zidd olduğuna qərar verilib. Hüseyni həmçinin, İran 200 milyon rial (təxminən 4500 avro) məbləğində cərimə ödəyəcək.


Telegram kanalımız
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla