AZ

“Qəbələ”nin legioneri: “Bu, “Zirə” ilə matçda üstünlüyümüzdür”

“Peşəkar futbolçular olduğumuz üçün hər oyunda xarakter göstərməliyik”.

Bunu İdman.bizə “Qəbələ”nin futbolçusu Auaşeriya Bilel deyib.

Fransalı legioner bu gün keçiriləcək Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə cavab görüşü öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, doğma meydan üstünlüyündən yararlanmağa çalışacaqlar: “Komandanın durumunun necə olmasından asılı olmayaraq hər matç qalib gəlməyə çalışırıq. Artıq “Qarabağ”la oyunu unudub, diqqətimizi “Zirə” ilə qarşılaşmaya yönəltmişik. Doğma azarkeşlər önündə oynamağımız əlbəttə ki, bizim üçün üstünlükdür. Şansların 50-nin 50-yə olduğunu düşünürəm. İlk oyunda 1:2 hesabı ilə uduzduğumuzu nəzərə alsaq, hər şey cavab görüşündən asılıdır”.

Qeyd edək ki, “Qəbələ” – “Zirə” matçı saat 17:00-da start götürəcək. Yarımfinalın digər cütündə “Qarabağ” – “Neftçi” qarşılaşması saat 20:00-da başlayacaq.

Emin Ağa
İdman.biz

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla