AZ

38 yaşlı kişi blokda öz-özünə atəş açmağa başladı: Xəyal gördüyü ortaya çıxdı - FOTOLAR+VİDEO

38 yaşlı kişi blokda öz-özünə atəş açmağa başladı: Xəyal gördüyü ortaya çıxdı - FOTOLAR+VİDEO

Türkiyənin İstanbul şəhərində hamını heyrətə hadisə baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, İstanbulda bir nəfər şəxs binaya daxil olaraq çölə atəş açmağa başlayıb. Ətrafdakı insanlar qorxu və təşviş içində qaçarkən, vəziyyət ilə polis əməkdaşlarına müraciət ediblər.

Xəbər verildikdən sonra polis əməkdaşları bölgəni mühasirəyə alıblar. Sözügedən şəxsi saxlayıblar. Şəxsin ətrafa açdığı atəş nəticəsində 3 fərqli binaya güllə dəyib.

Atışmalar nəticəsində hadisə yerində yaralanan yaxud ölən olmayıb. Kişi saxlanıldıqdan sonra sağlamlıq müayinəsi üçün xəstəxanaya aparılıb.

Polislər şəxsin evində axtarış zamanı 88 tüfəng və tapança gülləsi, o cümlədən 5 bıçaq götürülüb.

Saxlanılan kişi polis bölməsində ilk dindirilməsi zamanı o, silahı hadisə yerindən çıxandan sonra atdığını, lakin harada olduğunu dəqiq bilmədiyini deyib.

İddia edilənlərə görə, 38 yaşlı kişi içdiyi spirtli içki səbəbiylə halüsinasiya görüb və binaya sığınaraq atəş açmağa başlayıb.

383838

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla