AZ

İki seriyada hesabda tarazlıq yarandı

MBA-da bu gecə ilk raundun daha 3 oyunu baş tutub. İki seriyada hesab bərabərləşib. “Minnesota Timbervulvz” isə evdə “Finiks Sans”a qalib gəlməklə üstünlüyünü 2:0-a çatdırıb.

“Miluoki Baks” – “İndiana Peysers” qarşılaşmasının qəhrəmanı Paskal Siakam olub. Onun aktivində 37 xal var. Bu, kanadalı basketbolçu üçün pley-offlarda ən yüksək göstəricidir. Yannisin yoxluğunda Miluoki komandasında yük yenə də Lillardın üzərinə düşüb. O, görüşü 34 xalla tamamlayıb.

Los-Ancelesdə keçirilən oyunda “Dallas Maveriks” qələbə qazanıb. Qonaqların heyətində Luka Donçiç 32 xal toplayıb. “Klippers”də isə ən məhsuldar oyunçu 22 xal toplayan Ceyms Harden olub.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla