AZ

Kreml Kadırov üçün varis tapıb

Kreml Çeçenistan rəhbəri Ramzan Kadırovun varisi ilə bağlı qərar verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Novaya Gazeta Europe" nəşri yazıb.

 

Nəşrin araşdırmasıa görə, onu "Axmat" xüsusi təyinatlı qüvvələrinin komandiri Apti Alaudinov əvəz edə bilər.

 

Aprelin 16-da prezident Vladimir Putin Alaudinovun Rusiya Müdafiə Nazirliyi Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Nəşr xatırladır ki, 2023-cü il dekabrın 18-də Moskvada "Vahid Rusiya"nın qurultayı keçirilib və orada nümayəndələr Putinin beşinci müddətə prezidentliyə namizədliyini dəstəkləyiblər. Qurultayda Alaudinov da çıxış edib. O, xüsusilə ənənəvi dəyərlərdən və dindən danışıb.

 

Məlumatda iddia edilir ki, R.Kadırovun səhhəti tam sağalmağa ümid vermir. Ona mədəaltı vəzinin nekrozu diaqnozu qoyulub. Həmçinin bildirilir ki, 2023-cü ildə Kadırov qəbul etdiyi dərmanın həddindən artıq dozası səbəbindən medikamentoz komaya düşüb. Bundan sonra həkimlər Kadırovun vəziyyətini stabilləşdirə biliblər, lakin onun beyninin müayinəsinin nəticələri "Kadırovun qohumlarını sarsıdıb".

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla