AZ

Derbiyə doğru: "Neftçi" üç ildir "Qarabağ"ı məğlub edə bilmir

"Qarabağ" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda bu gün "Neftçi"ni qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk oyunda "Qarabağ" böyük hesabla qələbə qazanıb - 4:0.

"Neftçi" uzun müddətdir, "atlılar"a qalib gələ bilmir. "Ağ-qaralar" sonuncu dəfə 2021-ci ilin mayında "Qarabağ"ı məğlub edib. Çempionatda sonuncu tur çərçivəsində baş tutan görüşdə "Neftçi" 1:0 hesabıyla qələbə qazanıb və Premyer Liqada çempion olub. Bundan sonrası isə...

Həmin görüşdən sonra tərəflər arasında 12 oyun keçirilib. Bu matçlarda "Qarabağ" 11 qələbə qazanıb, 1 heç-heçə edib. Qurban Qurbanovun komandası 36 qol vurub. "Neftçi"də isə bu rəqəm 8-dir.

Kamil Əhməd
Seçilən
49
Mənbələr
Şərh ()
Bağla