AZ

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır

Azərbaycan Basketbol Liqasında bu gün müntəzəm mövsümün sonuncu - XVIII turuna start veriləcək.
 
Moderator.az-ın məlumatına görə, günün yeganə matçında "Sabah" və "Xəzri" komandaları üz-üzə gələcəklər.
 
“Sərhədçi” İdman Mərkəzindəki qarşılaşma saat 19:00-da start götürəcək. "Sabah" hazırda 31 xalla liderdir. 30 xala malik "Xəzri" üçüncüdür.
 
Qeyd edək ki, turun digər qarşılaşmaları aprelin 25-28-də gerçəkləşəcək.
Seçilən
10
3
Mənbələr
Şərh ()
Bağla